Kompakt planlı 82 m² fərdi yaşayış evi
2.2 sot torpaq sahəsi, 3 yaşayış otağı, ayrıca mətbəx və 2 sanitar qovşağı rahat və funksional şəkildə planlaşdırılıb.
Geniş zallı 92 m² fərdi yaşayış evi
91.8 m² sahəyə malik bu layihədə 3 yaşayış otağı, geniş zal, ayrıca mətbəx, 2 sanitar qovşağı və köməkçi otaq nəzərdə tutulub.
Ailə üçün 84 m² fərdi yaşayış evi
83.6 m² sahəyə malik bu layihədə 3 yaşayış otağı, geniş zal, ayrıca mətbəx və 2 sanitar qovşağı nəzərdə tutulub.
Hovuzlu 192 m² iki mərtəbəli yaşayış evi
4.48 sot torpaq sahəsində yerləşən bu layihədə 2 mərtəbəli ev, geniş zal, 5 yaşayış otağı, 3 sanitar qovşağı, terras və hovuz zonası nəzərdə tutulub.
Hovuzlu 165 m² iki mərtəbəli yaşayış evi
2.63 sot torpaq sahəsində yerləşən bu layihədə 2 mərtəbəli yaşayış evi, 5 yataq otağı, geniş zal, giriş-mətbəx, 3 sanitar qovşağı, terraslar və hovuz zonası nəzərdə tutulub.
Hovuzlu 175 m² iki mərtəbəli yaşayış evi
2.63 sot torpaq sahəsində yerləşən bu iki mərtəbəli layihədə geniş zal, ayrıca mətbəx, 4 yataq otağı, 3 sanitar qovşağı, qarderob, terraslar və 3×5 m hovuz zonası nəzərdə tutulub.
Kiddie mağazası — Metropark ƏTM
Metropark ƏTM-dəki keçmiş gəlinlik mağazasının interyerini başdan dizayn edib təmir etdik. Məkanı müasir, işıqlı və daha geniş Kiddie mağazasına çevirdik.
Kiddie mağazası — İnşaatçılar, 250 m²
İnşaatçılar metrosunun yaxınlığında iki mərtəbəli, 250 m² mağaza. Satış zalı, fotosessiya studiyası, anbar və xidmət sahələri üçün dizayn və təmir.
DESTim mağazası — 28 Mall, 90 m²
Yerli brendin ilk mağazası üçün dizayn və təmir. 90 m² sahədə gecə işləri Pasha Malls-ın tələblərinə uyğun aparılıb. Müştəri nəticədən razı qaldı.